“Qismət” şadlıq sarayının arxasında MƏRMİ AŞKARLANIB
Dünən saat 18.30 radələrində Yeni Yasamal 2-ci massivdə 82 millimetrlik minaatan mərmi aşkarlanıb. Mərmi barədə ilk məlumatı Fövqəladə Hallar Nazirliyinə binanın sakinləri veriblər.
Sakinlər çox güclü təsirə malik mərmini "Qismət" şadlıq sarayının arxasındakı ərazidə aşkar ediblər. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, minaxtaranlar və təcili yardım briqadası cəlb olunub. Minanın zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlanıb. Ərazi təhlükəsizlik məqsədilə boşaldılıb.
Mərmiyə baxış keçirilərkən məlum olub ki, 1 ədəd 82 millimetrlik minaatan mərmi döyüş tətbiqinə tam yararlıdır. Nazirliyin xilasediciləri və mütəxəssisləri aşkarlanmış sursatı ərazidən uzaqlaşdırıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI