Poroşenkonun "sağ əli" öldürüldü
Ukraynanın Severodonetsk Şəhər Sovetinin deputatı, "Pyotr Poroşenkonun "Həmrəylik qrupu" fraksiyasının rəhbəri öldürülüb.
APA TV-nin Ukrayna mətbuatına istinadən məlumatına görə, Sergey Samarskinin qətli barədə yaxın ətrafı məlumat verib.
Qətl hadisəsi ötən gecə baş verib. S.Samarskinin baş nahiyəsindən ciddi xəsarət almış meyiti yerli vaxtla 00:30 radələrində aşkarlanıb. İstintaqçılar qətlin deputatın siyasi fəaliyyəti ilə bağlı olub-olmadığı versiyasını nəzərdən keçirir. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.
Qeyd edək ki, Sergey Samarski və rəhbərlik etdiyi fraksiya prezident P.Poroşenkoya yaxın mövqeyi ilə seçilib. O, uzun müddət ölkədə prezidentin silahdaşı kimi tanınıb.
OXŞAR XƏBƏRLƏR
19:12
109
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
369
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
403
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
420
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
645
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
610