Bakıda gilavar əsəcək, temperatur yüksəlir
Noyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
ETSN-dən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-10, gündüz 16-20 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, cənub zonasında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
19:12
156
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
385
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
418
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
424
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
649
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
616