Yağış kəsəcək, hava küləkli və dumanlı olacaq
Noyabrın 3-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.
ETSN-dən APA TV-yə verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-10, gündüz 15-18 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2 şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
19:12
196
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
396
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
426
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
424
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
649
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
616