Tramp “Green Card” lotereyasının ləğvini istəyir
Oktyabrın 31-də Nyu-Yorkda terror hücumu törədən Seyfullah Saipovu "heyvan" adlandıran prezident Donald Tramp ABŞ Konqresindən belələrinin Amerikaya daxil olmasına imkan yaradan “Green Card” lotereyasına son qoymağa çağırıb.
Proqramı “zəncirvari immiqrasiya” adlandıran Tramp deyib ki, bundan sonra ABŞ-a ancaq ölkəyə “layiqli xidmət" göstərə biləcək insanların daxil ola biləcəyi yeni proqramı dəstəkləyəcək.
Ağ Evin rəhbəri Saipovu mühakimə gözləyərkən Quantanamo hərbi həbsxanasına göndərilməsini bəyan edib.
Rəsmi “Diversifikasiya lotereyası” kimi tanınan “Green card” lotereyası 1990-cı ildə qanun kimi qəbul olunub və 1995-ci ildə qüvvəyə girib. Proqram çərçivəsində ABŞ-a immiqrasiya üçün təxminən 50 min viza verilir.
OXŞAR XƏBƏRLƏR
19:12
194
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
396
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
426
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
424
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
649
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
616