Qəbələ-İsmayıllı yolunda ağır avtoqəza: ölən və yaralanan var
Qəbələ-İsmayıllı yolunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, avtoqəza zamanı iki avtomobil toqquşub.
Qəbələnin Vəndam qəsəbəsində "VAZ 21099" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində Vəndam sakini, 1991-ci il təvəllüdlü Eynullazadə Pənah Habil oğlu dünyasını dəyişib. Nohurqışlaq kənd sakini, 1977-ci il təvəllüdlü Əzimova Aygün Səfər qızı isə xəsarət alaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Toqquşma güclü olduğundan "VAZ 21099" markalı avtomaşın iki hissəyə bölünüb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
OXŞAR XƏBƏRLƏR
19:12
217
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
406
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
436
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
428
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
652
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
619