Külək cənub bölgəsində fəsadlar törətdi: onlarla kənd işıqsız qaldı
Güclü külək cənub bölgəsində fəsadlar törədib. Külək nəticəsində Masallı, Lənkəran və Astara rayonlarında onlarla kəndə elektrik enerjisinin verilməsi tamamilə dayanıb. Külək elektrik dirəklərini aşırıb, rabitə xətləri qırılıb.
Güclü külək nəticəsində Lənkəranın Vilvan kəndi ərazisində iki iri gövdəli ağacın kökündən qoparaq magistral yola aşması nəticəsində Lənkəran-Boradigah yolu tamamilə bağlanıb. Əraziyə dərhal ağır texnikalar və canlı qüvvə cəlb edilib. Təxminən 40 dəqiqə bağlı qalan yol görülən tədbirlərdən sonra sürücülərin istifadəsinə verilib. Digər fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
OXŞAR XƏBƏRLƏR
19:12
237
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
411
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
442
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
430
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
657
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
619