Rusiyada keçirilən opera müsabiqəsində muğam ifa olundu
Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov Rusiyada keçirilən “Böyük Opera” layihəsində iştirak edib.
APA TV-nin məlumatına görə, beşinci mövsümün iştirakçılarından biri olan İlham Nəzərov əvvəlcə G.F.Hendelin “Yuli Sezar Misirdə” operasından ariya ifa edib.
Vokalçının səsi həm bariton, həm də kontratenor tembrlərinə uyğundur. Bu isə ifaçılıqda nadir hallardan sayılır. Aparıcıların da, münsiflərin də diqqətini elə bu məqam cəlb edib. Onlar İlham Nəzərovdan Azərbaycana məxsus melodiyalardan birini ifa etməyi xahiş ediblər. O isə muğam səsləndirib.
Vokalçı bütün münsiflərin müsbət rəyini qazanaraq növbəti mərhələyə keçib.
Qeyd edək ki, İlham Nəzərov Azərbaycanda kontratenor səs tembrinə malik ilk azərbaycanlı vokalçıdır.
OXŞAR XƏBƏRLƏR
19:12
236
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
411
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
442
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
430
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
656
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
619