Səudiyyədə qadınlara daha bir azadlıq verildi - GƏL GEDƏK FUTBOLA...
Loyal İslama keçəcəyini elan edən Səudiyyə Ərəbistanında qadınlara yönələn daha bir qərar verilib.
APA TV-nin məlumatına görə, ölkənin üç böyük şəhərində növbəti ildən zərif cinsin nümayəndələrinin futbol meydançalarına getməsinə icazə veriləcək.
Qadınlar Riyad, Ciddə və Dammam şəhərlərindəki stadionlarda keçirilən idman yarışlarını izləməyə ailəsi ilə birlikdə qatıla biləcək.
Səudiyyə Ərəbistanının İdman İdarəsinin açıqlamasında qeyd olunan yeniliklərlə yanaşı, stadionlarda restoran və kafelərin açılması, kameraların quraşdırılmasının da nəzərdə tutulduğu bildirilir.
Ölkədəki qanunlara görə, indiyə qədər ancaq kişilər stadionlara gedə bilərdi. Son qərar ölkə qadınlarına bir az da azadlıq verilməsi kimi qiymətləndirilir. Sentyabrda isə zərif cinsin nümayəndələrinə avtomobil idarə etmək hüququ verilmişdi.
Kralın varisi şahzadə Məhəmməd ibn Salman ölkəni modernləşdirmək arzusundadır.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV