Bərzaninin tərəfdarları İraq Kürdüstanı parlamentinə hücum edib
Ərbil şəhərində, İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma baş verib. APA TV-nin məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.
Məlumata görə, Məsud Bərzaninin tərəfdarları parlamentə hücum edib. Muxtariyyətin güc strukturları hücumun qarşısını alıb. RİA Novosti agentliyinin xəbərinə görə, İraq Kürdüstanı parlamentinin mətbuat katibi yayılan məlumatın şayiə olduğunu bildirib.
Qeyd edək ki, bu gün İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib. M.Bərzaninin istefa barədə məktubu muxtariyyət parlamentinin qapalı toplantısında oxunub. M.Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
19:12
271
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
436
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
468
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
439
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
668
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
627