Bill Geyts artıq dünyanın ən zəngin adamı deyil - YENİ AD
ABŞ-ın "Amazon" şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən zəngin adamına çevrilib.
APA TV-nin məlumatına görə, bu barədə "Bloomberg" və "Forbes" məlumat verib.
"Amazon"un səhmlərinin qiymətinin kəskin artması C.Bezosa "Microsoft"un təsisçisi Bill Geytsi üstələməyə imkan verib. Son sutka ərzində "Amazon"un səhmlərinin qiyməti 10 faiz, 53-yaşlı sahibkarın sərvəti isə 10 milyarddan çox artıb.
"Forbes"un hesablamalarına əsasən, hazırda С.Bezosun sərvəti 93,1 milyard təşkil edir, "Bloomberg" isə bu rəqəmin 93,8 milyard olduğunu bildirir. Qeyd edək ki, "Amazon" dünyada İnternet vasitəsi satışlar həyata keçirən ən irimiqyaslı portaldır.
OXŞAR XƏBƏRLƏR
19:12
271
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
436
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
468
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
439
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
668
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
627