FED-ə yeni rəhbər gələn həftə təyin olunacaq
ABŞ prezidenti Donald Tramp gələn həftə Federal Ehtiyatlar Sisteminin (FED) yeni rəhbərini təyin edəcək. APA TV-nin məlumatına görə, bunu Ağ evin mətbuat katibi Sara Sanders bəyan edib.
“Təsdiq edə bilərəm ki, prezident gələn həftə Federal Ehtiyatlar Sisteminə yeni rəhbər təyin edəcək”, deyə S.Sanders qeyd edib.
Ötən həftə Tramp qurum rəhbərliyinə 5 nəfərin namizədliyini nəzərdən keçirdiyini bildirib. Reuters agentliyinin məlumatına görə, bunlar FED-in hazırkı başçısı Canet Yellen, ABŞ Milli İqtisadiyyat Şurasının direktoru Qeri Kon, FED-in İdarəetmə Şurasının üzvü Cerom Pauel, FED-in sabiq İdarəetmə Şurasının üzvü Kevin Uorş və Stenford Universitetinin əməkdaşı, iqtisadçı Con Teylordur.
Qeyd edək ki, prezident tərəfindən təyin edilən şəxsin namizədliyini Senat təsdiqləməlidir.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV