Ağ Ev Con Kennedinin qətlinə dair 2891 məxfi sənədi ictimaiyyətə göstərdi
ABŞ-da prezident Con Kennedinin 1963-cü ildə qətli ilə bağlı 3 minədək sənəd ilk dəfə olaraq dərc edilib. APA TV-nin “Frans Press” agentliyinə istinadən verdiyi xəbərə görə, əvvəllər məxfi olan 2891 yeni sənəd ABŞ Milli Arxivlərinin saytında dərc olunub.
Xatırladaq ki, bundan əvvəl 24 iyul tarixində 3900 sənəd dərc edilmişdi. Ağ Evin məlumatına görə, 2018-ci ilin aprelinədək daha bir neçə min sənədin dərc olunacağı nəzərdə tutulub.
Prezident Donald Tramp bir neçə gün əvvəl cəmiyyətin qətllə bağlı daha dolğun məlumatlandırılmalı olduğunu bildirmişdi. Bununla belə, D.Tramp milli təhlükəsizlik baxımından mətnlərin müvafiq qurumlar tərəfindən redaktə olunacağını qeyd etmişdi.
OXŞAR XƏBƏRLƏR
19:12
299
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
456
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
490
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
445
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
673
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
633