Kəsilən işığını birləşdirmək istədi, cərəyan vurdu - ASTARADA FACİƏ
Astara sakini faciəli şəkildə dünyasını dəyişib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Astaranın Şahağacı kəndində qeydə alınıb.
Kənd sakini, 43 yaşlı Seyran Allahverdi oğlu Əlinin 20 manat borcu olduğuna görə evinə elektrikin verilişi kəsilib.
Axşam uşaqlarının qaranlıqda qalmaması üçün ailə başçısı dirəyə çıxıb. Naqillərlə ehtiyatsız davranan Seyranı cərəyan vuraraq öldürüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, mərhumun bir oğlu, iki qızı var. Faktla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
19:12
309
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
469
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
500
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
447
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
675
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
634