"Lotu Quli" azadlığa buraxılıb
Azərbaycanda həbsdə olan Nadir Səlifov azadlığa buraxılıb.
APA-nın məlumatına görə, oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən iclasda "Lotu Quli" ləqəbi ilə tanınan N.Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb.
N.Səlifov iclasda iştirak etməyib. Qapalı keçirilən prosesdə vəsatət təmin edilib.
Onun qalan cəzası şərti cəza ilə əvəzlənib. N.Səlifov bu gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.
Onun vəkilləri, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
"Lotu Quli"nin azadlığa buraxılması barədə ilk olaraq "musavat.com" saytı məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR
19:12
325
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
485
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
515
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
450
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
677
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
636