Tiflisdə gəncəli kriminal avtoritet tutuldu: ONU GÜRCÜSTANA KİMLƏR GÖNDƏRİB?
Tiflisdə Azərbaycanlı kriminal avtoritet saxlanılıb. APA TV-nin məlumatına görə, "Krıtıy Malış" ləqəbli Gəncə sakini gürcü polisinin xüsusi əməliyyatı nəticəsində yaxalanıb.
Onunla birlikdə Gürcüstan vətəndaşının da saxlanıldığı bildirilir.
Azərbaycanlı kriminal avtoritet ölümlə hədələyərək zorla pul tələb etmə və digər cinayətlərdə ittiham olunur.
Hər iki şəxs şikayət əsasından həbs olunub.
Gəncə sakini hədələdiyi şəxsə özünü "oğru ailəsinin oğlu" kimi təqdim edib. Onun Azərbaycandan "qanuni oğrular"ın göstərişi ilə getdiyi və bəzi adamlardan pul alaraq geri qayıtması barədə tapşırıq aldığı iddia olunur.
OXŞAR XƏBƏRLƏR
19:12
348
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
508
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
537
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
455
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
683
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
643