Bakıda gilavar əsəcək, temperatur yüksəlir - XƏBƏRDARLIQ
Oktyabrın 25-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
ETSN-dən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-14, gündüz 18-22 dərəcə isti, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 25-dən 26-sı gündüzədək Abşeron yarımadasında arabir güclənən cənub küləyinin üstünlüyü əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV