Qonşusunun evindən 3 dəfə oğurluq etdi, sonda yaxalandı
"Gördüm, neçə gündür, işığı yanmır. Düşdüm aşağı, kondisioner vardı, ayağımı üstünə qoyub, keçdim içəri".
APA TV-nin xəbərinə görə, bunu oğurluğa görə saxlanılan Fərhad Əliyev deyib. Nizami rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində kirayədə qalan Fərhad Əliyev qonşusunun evindən oğurluq etdiyinə görə həbs olunub. Mənzilindən xeyli miqdarda qızıl-ziynət əşyasının itdiyi, pulların oğurlanması barədə polisə zərərçəkən məlumat verib.
Eyni mənzildən 3 dəfə oğurluq edən Fərhad Əliyev ümumilikdə mənzil sahibinə 3000 manata yaxın ziyan vurub. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi acılıb. Bu şəxsin diğər cinayətlərdə iştrak edib-etmədiyi dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR
19:44
449
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
474
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
670
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2149
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2123
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1948