Marketə oğurluğa girdi, çıxa bilmədi
Oğurluq məqsədilə marketə girən şəxs həbs olunub. APA TV-nin xəbərinə görə, Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları tərəfindən mülkiyyət əleyhinə olan oğurluq cinayətinin qarşının vaxtında alınıb.
Yasamal rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 1981-ci il təvəllüdlü Fərid Abbasqulu oğlu Quliyev saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil verilib.
Hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektin pəncərəsinin qırıldığını və marketdə naməlum şəxsin olduğunu aşkar ediblər. Mühafizə polisinin gəldiyini görən həmin şəxs hadisə yerindən qaçmağa cəhd göstərib. Amma o, polis əməkdaşlarının çevikliyi sayəsində vaxtında saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV