Yaponiya və İranda təbii fəlakətlər: ölənlər var
Yaponiyanın Honsü adasında baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 86 nəfər xəsarət alıb.
APA TV-nin məlumatına görə, "Lan" qasırğası ilə əlaqədar sahilboyu ərazilərdən insanlar təxliyə edilib, hava limanlarında 300 aviareys ləğv edilib, qatarların hərəkətində fasilələr yaranıb.
Vakayama prefekturasında 82 yaşlı kişi itkin düşüb. Hazırda "Lan" Xonsü adasının şimalına doğru hərəkət edir. Küləyin surəti vaxtaşırı saniyədə 45 metrə çatır.
İranda isə 5,1 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların episentri Minab şəhərindən 83 km şimalda, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
OXŞAR XƏBƏRLƏR
19:12
363
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
523
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
552
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
459
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
687
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
647