Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı "Neftçilər"də bıçaqlandı
Bakının Nizami rayonu ərazisində 29 yaşlı kişini bıçaqlayıblar. APA TV-nin məlumatına görə, qanlı hadisə metronun "Neftçilər" stansiyası yaxınlığında, Qara Qarayev prospektində olub.
Həmin ünvanda qarın nahiyəsindən bir bıçaq xəsarəti alan 1988-ci il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin təfərrüatlarını 25-ci Polis Bölməsi araşdırır. Məlumata görə, Ə.Miriyev taksidə olarkən bir nəfərlə mübahisə edib və nəticədə həmin şəxsin bıçaqlı hücumuna məruz qalıb.
Qeyd edək ki, Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşıdır.
OXŞAR XƏBƏRLƏR
19:12
363
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
523
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
552
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
459
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
687
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
647