"Sabah" "Qarabağ"la bağlı yazını səhifədən çıxardı - SƏBƏB
Türkiyənin "Sabah" qəzeti Azərbaycanın Çempionlar Liqasında çıxış edən "Qarabağ" futbol komandası haqqında dərc etdiyi xəbəri çıxarıb. APA TV-nin məlumatına görə, buna səbəb nəşrin dərc etdiyi yazının Azərbaycanla yanaşı, Türkiyədə də ciddi etirazla qarşılanmasıdır.
Xatırladaq ki, "Qarabağ" qitənin ən böyük klub turnirində Bakıda İspaniyanın "Atletiko" komandası ilə görüşdə ilk xalını qazanıb. Yazıda isə azərbaycanlı azarkeşlərin sevincinə kinayəli münasibət bildirilib.
Mövlud Tezel adlı idman yazarının materialına hər iki ölkədə sosial şəbəkələrdə kəskin etiraz bildirilib. Vətəndaşlar, idman şərhçiləri, jurnalistlər belə halların ki qardaş ölkənin münasibətlərinə mənfi təsir etdiyini bildiriblər. Məsələyə siyasilərdən də reaksiyalar olub. Türkiyə parlamentinin keçmiş üzvü Sinan Oğan da öz səhifəsində məsələyə qəti etiraz edib.
Etirazlar qarşısında "Sabah" Mövlut Tezelin yazısını səhifədən çıxarmağa məcbur olub.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV