Bərdə və Xaçmazda "Jiquli"lər toqquşdu
Bərdə rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 1990-cı il təvəllüdlü Xəlil Teymur oğlu Həsənov idarə etdiyi "VAZ-2106" markalı 10 FC 865 qeydiyyat nömrə nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Vasif Vaqif oğlu İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və avtomobillərdə olan 17 yaşlı sərnişinlər - Namiq Hafiz oğlu Əvəzov və Kənan Mürşüd oğlu Teymurlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Bu gün günorta saatlarında Xaçmaz rayonunda da yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonundan keçən hissəsində qeydə alınıb.
"VAZ-2106" markalı maşınla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində Xaçmaz rayon sakinləri - 1995-ci il təvəllüdlü Elşad Məcti oğlu Baladadaşov və 1993-cü il təvəllüdlü Orxan Əlikərəm oğlu Əmirquliyev xəsarət alıb. Hər iki şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV