İŞİD Əsədin generalını öldürdü

Suriyada ölkənin ən tanınmış generallarından biri öldürülüb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, İssam Zahrəddin Deyr-əz-zor bölgəsində həlak olub.

O, İŞİD-lə Suriya ordusu arasında döyüşlərin getdiyi Deyr-əz-Zorun müdafiəsinə cavabdehlik daşıyıb.

İssam Zahrəddin döyüşlərin birində mina partlaması nəticəsində ölüb. Əsəd qüvvələrinin Rusiya dəstəyində Deyr-əz-Zor əməliyyatına başlamasından sonra ona bu vəzifə tapşırılıb. Buna qədər isə Zahrəddin Dəməşqdə xidmət edib və şəhər yaxınlığında bir neçə yaşayış məntəqəsinin terrorçulardan müdafiəsinə rəhbərlik edib.

Bu arada bölgədə şiddətli döyüşlər davam edir. Hərbçilər İŞİD terrorçularını Əl-Hüseyniyyə yaşayış məntəqəsindən qovaraq, Fərat çayının sahilinə sıxışdırıb. Bundan başqa ordu birləşmələri qruplaşmanın İraqla əlaqəsini kəsmək üçün Hatla kəndini də azad edib.

 


 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR