Eyyub Yaqubov Vaqif Əsədovun klipinə çəkildi

Uzun müddətdir mediada adı hallanmayan Eyyub Yaqubov nəhayət ki, göründü.

 

APA TV-nin məlumatına görə, o, “Mənə 100 il ömür arzulamayın” mahnısına çəkilən klipin təqdimatında iştirak edib. Bəstəkarı Elçin İmanov, sözləri Vahid Əzizə aid olan mahnını Vaqif Əsədov ifa edir.

 

 

Maraqlıdır ki, klipdə Eyyub Yaqubov çox az görünür. O, Vaqif Əsədovla uzun müddətdir dostluq etdiyini, bu səbəbdən klipdə çəkilməyə razılıq verdiyini bildirib: “Məsələ orada mənim görünməyim deyil. Mövzu ibrətamizdir. Mənə elə bir ömür arzulayın ki, başqalarına faydalı ola bilim”.

 

Çoxdandır görünməyən ifaçı gələcək planlarından da bəhs edib: “Hüseyn Cavidin “Şeyx Sənan” əsərindən muğam və cazın sintezindən ibarət kompozisiya üzərində işləyirik. Məni “Hicaz” qrupu müşayiət edəcək. Mikayıl Müşfiqin “Gecə düşüncəsi” şeirinə mahnı yazdırmaq fikrimiz var”.

 

O, mediadan qaçmasının səbəbini də açıqlayıb: “Qaçmıram. İş görüb sonra çıxmaq lazımdır. Yaradıcılıq plan doldurmaq deyil. Gec-gec görünüb, mənalı iş görmək tərəfdarıyam”.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR