Azərbaycan-Rusiya sərhədində yeni körpünün təməli qoyuldu
Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikintisi məqsədilə iki ölkə arasında protokolun imzalanma mərasimi keçirilib.
APA TV-nin Dağıstana ezam olunmuş müxbirinin görə, protokolu Azərbaycan tərəfdən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiya tərəfdən isə nəqliyyat naziri Maksim Sokolov imzalayıblar.
Qeyd edək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabr ayının 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək. Üç zolaqlı körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.
Körpüsünün təməlqoyma mərasimində çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi sərhəd-buraxılış məntəqələrindən buraxılışı sürətləndirəcək. Onun sözlərinə görə, Samur çayının hər iki sahilində bir-biri ilə qohumluq əlaqələri olan insanlar yaşayır ki, bu da körpünün sosial əhəmiyyətini artırır.
Rusiyanın nəqliyyat naziri Maksim Sokolov isə qeyd edib ki, yeni körpünün tikintisinə səbəb Rusiya ilə Azərbaycan, o cümlədən digər Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin həcminin artmasıdır və böyük ehtimalla 2019-cu ilin yaz aylarında körpü istismara hazır olacaq.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV