DİN-in İnsan alverinə qarşı mübarizə İdarəsi hesabat verib
Avropa İttifaqı İnsan Alverinə Qarşı Mübarizə Gününə dair tədbir keçirib.
APA TV-nin xəbərinə görə, tədbir insan alverinə qarşı BMT-nin Miqrasiya Təşkilatı (BMqT) tərəfindən icra olunan “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində təşkil olunub.
Layihə hərtərəfli və çox istiqamətli yanaşma tətbiq etməklə insan alverinə qarşı mübarizədə və bununla da transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycan hökumətini dəstəkləmək, insan alveri və onun nəticələrinin geniş auditoriyanın diqqətinə çatdırılması, eləcə də insan alverinin aradan qaldırılmasına yönəlik Aİ strategiyasına, həmçinin həssas vəziyyətdə olan şəxslərin və miqrantların fundamental haqlarına dair məlumatlılığın artırılması məqsədi daşıyır.
Tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas, Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin rəisi, polkovnik Heydər Heydərov və BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxış edib.
DİN-in idarə rəisi Heydər Heydərov qeyd edib ki, Azərbaycanda 12 ilə yaxındır insan alverinə qarşı mübarizə aparılır. Dövlət başçısının 2014-cü ildə imzaladığı müvafiq sərəncamla ölkədə bu sahə ilə mübarizəyə dair üçüncü Milli Strategiya qəbul olunub və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
Tədbir panel müzakirələrlə davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV