Bərzani ilk dəfə danışdı: "Günah kürd liderlərdədir"

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani Kərkükdə baş verən son hadisələrə görə kürd partiya liderlərini günahlandırıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, "Kərkükdə baş verənlər kürd partiyaların verdikləri fərdi qərarların nəticəsində yaşandı" - deyə, Bərzani əlavə edib.

O, kürdlərin "müstəqillik referendumu"nda verdikləri səslərin "boş-boşuna" olmadığını söyləyib.

 

İraqın baş naziri Heydər əl-İbadi isə referendumun bitdiyini və keçmişdə qaldığını deyib. Bağdadda keçirdiyi mətbuat konfransında danışan İbadi kürd liderlərə Konstitusiya çərçivəsində dialoq çağırışı edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR