Bakıda hava tutqun, küləkli olacaq

Oktyabrın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Lakin gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

 

Cənub küləyi əsəcək.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 11-13, gündüz  17-20, Bakıda gecə  11-13, gündüz  18-20 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

 

Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR