Moskvada erməni manyak saxlanıldı - 100 NƏFƏRİ ÖLDÜRÜB

Moskvada müştəriləri  zəhərləməkdə ittiham olunan taksi sürücüsü saxlanılıb.

 

APA TV-nin TVS-yə istinadən verdiyi məlumata görə, həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.

 

Milliyyətcə erməni olan 29 yaşlı Vaaqn Karapetyan 100 nəfərin ölümündə günahkar ola bilər. Onların arasında tanınmış aparıcı Artur Bitov da var.

 

V.Karapetyan 2015-ci ildən fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olub. O, müxtəlif səbəblərlə müştərilərinə içinə psixotrop maddələr qatdığı mineral su təklif edirmiş. Müştərilər zəhərləndikdən sonra taksi sürücüsü onların bahalı əşyalarını götürürmüş.

 

Müstəntiqlər həmin şəxsin yaşadığı mənzildə axtarış aparıblar. Oradan çoxlu sayda mobil telefon, 100-dən çox qol saatı, eləcə də güclü təsirə malik psixotrop preparatlar aşkarlanıb.

 

Saxlanılan şəxs günahını etiraf edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR