Kürd silahlıları daha bir bölgəni qoyub qaçdı - İRAQ ORDUSU İRƏLİLƏYİR

İraq ordusu ölkənin şimalında kürdlərin kompakt yaşadığı Ninova əyalətində bir neçə yaşayış məntəqəsini peşmərgədən təmizləyib.

 

APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, kürd silahlı qruplaşmaları mövqelərini döyüşsüz tərk edib.


Bundan əlavə hərbçilər Mosul yaxınlığındakı su anbarlarını nəzarətə götürüb. İraq ordusunun əməliyyatları davam edir.


Rəsmi Bağdad oktyabrın 14-dən - silahlı kürdlərdən ibarət 6 min peşmərgənin Kərkükə və mübahisəli ərazilərə yeridilməsindən iki gün sonra hərbi əməliyyatlara start verib. Ötən iki gün ərzində ordu Kərkük şəhəri də daxil olmaqla bir neçə yaşayış məntəqəsini, o cümlədən Sincarı döyüşsüz alıb.


Qeyd edək ki, sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətində keçirilən "müstəqillik referendumu"ndan sonra Bağdadla Ərbil arasında münasibətlər gərginləşib. İraq hökumətindən başqa qonşu Türkiyə, İran və Suriya da adı çəkilən "referendum"un nəticələrini tanımayacaqlarını bəyan edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR