Kiyevdə "erməni soyqırımı"na abidə qoyan biznesmen öldürüldü
Ukraynanın Ujqorod şəhərində erməni sahibkar qətlə yetirilib.
APA TV-nin "MK"ya istinadən verdiyi xəbərə görə, "Aparan" MMC-nin 54 yaşlı baş direktoru Andranik Nikoqosyan iş otağında tapançadan açılan atəş nəticəsində ölüb.
Polisin məlumatına görə, atəş açılmazdan əvvəl sahibkar və cinayətkar arasında mübahisə olub. Atəş açan şəxs saxlanılıb. Cinayətin motivləri açıqlanmır.
Qeyd edək ki, A. Nikoqosyan Ukraynadakı erməni diasporunun nüfuzlu nümayəndələrindən olub. Onun təşəbbüsü ilə 2010-cu ildə Kiyevdə qondarma "erməni soyqırımı"na abidə qoyulub.
OXŞAR XƏBƏRLƏR
19:12
410
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
564
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
588
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
469
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
692
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
655