Çadırlar quruldu, silahlar tapıldı, polislər döyüldü - KİYEVDƏ QARŞIDURMALAR

Kiyevdə Ali Radanın yaxınlığında etirazçılar və polis arasında qarşıdurma olub. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, polis əməkdaşları Radanın qarşısında gecələmək məqsədi ilə yaradılan "çadır şəhərciyi"nə daxil olmaq istəyən şəxsləri yoxlamaq niyyətində olduqlarını bildiriblər.

Etirazçılar və polis arasında qısamüddətli qarşıdurma baş verib. İki polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Mülki şəxslər arasında xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

Ukrayna Milli Polis rəhbərliyindən bildirilib ki, mitinq günü və bir gün əvvəl bir neçə partlayıcı qurğu, qumbara və silah aşkarlanaraq götürülüb.  
  

Polis ərazini nəzarətə alıb. Hazırda vəziyyət nisbətən stabilləşib.    

 

Kiyevin mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi küçələr qismən bağlanıb, təhlükəsizliyin təmin edilməsinə 3500 polis əməkdaşı cəlb olunub.

 

Aksiya təşkilatçıları və iştirakçıları parlamentdə deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.  

 

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi, Alternativlər, Həqiqət, Batkıvşina, Özünə Dəstək və digər partiyaların tərəfdarları, o cümlədən "Sağ sektor”, "Milli Korpus" təşkilatlarının üzvlərinin Kiyevdə Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiyası davam edir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR