Abşeron sakini bacısını amansızlıqla öldürdü - YENİLƏNİB

Abşeronda qətl törədilib.

 

APA TV-nin məlumatına görə, rayonun Saray bağlarında yaşayan, 1982-ci il təvəllüdlü Əntiqə Abdulla qızı Süleymanova başından aldığı güllə yarasından dünyasını dəyişib.

 

İlkin ehtimala görə, hadisə Ə.Süleymanovanın qardaşı Seyran Süleymanov tərəfindən qısqanclıq zəminində törədilib. Qadının meyiti qohumlarının evinin qarşısındakı uşaq bağçasının həyətində aşkar edilib. Ailə üzvləri çəkiliş qrupuna hadisə ilə bağlı məlumat vermək istəmədiklərini bildiriblər. Seyran Süleymanovun iki uşaq atası olduğu bildirilir.

 

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR