Türk polisinin olduğu avtobusa terror hücumu - 18 NƏFƏR YARALANDI
Türkiyədə polisin xidməti avtomobilinə hücum edilib. Belə ki, Mersin şəhərində polis avtomobili partladılıb. Avtomobilinin partladılması nəticəsində 18 nəfər yaralanıb.
APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Mersin Valiliyindən bildirilib.
Yaralananlardan 17-si polis əməkdaşı, bir nəfəri isə mülki şəxsdir. Hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.
İHA-nın yaydığı məlumatda bildirilir ki, partlayıcı qurğu zibil qutusunda quraşdırılıb. Polis avtomobili zibil qutusunun yanından keçən anda isə partlayıcı qurğu məsafədən işə salınıb.
Qurğunun kimlər tərəfindən yerləşdirilməsi barədə hələlik bir açıqlama verilməyib. Hazırda polis bu istiqamətdə araşdırmalar aparır.
OXŞAR XƏBƏRLƏR
19:12
410
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
564
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
588
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
469
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
692
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
655