Avtovağzalın yaxınlığında "Mercedes" yük maşınına çırpıldı, xəsarət alan var
Bakı-Sumqayıt yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən avtoqəza olub. APA TV xəbər verir ki, hadisə Beynəlxalq Avtovağzalın yaxınlığında baş verib.
1959-cu il təvəllüdlü Hüseynov Vahid İsmayıl oğlu idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Sumqayıt istiqamətində hərəkətdə olarkən onun avtomaşını qarşıda gedən ağırtonnajlı yük maşınına çırpılıb. Nəticədə V.Hüseynov xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Vəziyyəti hazırda orta ağırlıqdadır.
Yük maşınının sürücüsünün sözlərinə görə, "Mercedes"in sürücüsü yük maşınını görməyib və avtomobili elə gəldiyi sürətlə də ona çırpıb. Hadisənin təfərrüatlarını isə Baş Dövlət Yol Polisi İdarəsinin istintaqçıları araşdırır.
OXŞAR XƏBƏRLƏR
19:12
410
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
564
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
588
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
469
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
692
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
655