Masallıda yaşlı qadın yük maşını ilə su çəni arasında qalaraq can verdi
Masallıda bədbəxt hadisə olub. APA TV-nin cənub bürosunun xəbərinə görə, yaşlı qadının həyatını itirdiyi hadisə Masallının böyük Kolatan kəndində qeydə alınıb.
Kənd sakini, 76 yaşlı Səmayə Şirəliyeva ot bağlaması almaq üçün yaxınlarına müraciət edib. Rayonun Qədirli kənd sakini Təbriz Eynalov idarə etdiyi yüklə dolu “ZİL” markalı yük maşını ilə onun evinə gəlib. Qocanın həyəti bir qədər yüksəklikdə və palçıqlı ərazidə olduğu üçün sürücü ora qalxmağa cəhd edəcəyini bildirib.
İlk uğursuz cəhddən sonra sürücü avtomaşını arxaya doğru hərəkət etdirmək istəyib, ancaq bu zaman əyləcdə nasazlıq yaranıb. Nəticədə 76 yaşlı qadın yük maşını ilə həyətdəki su çəninin dirəkləri arasında sıxılaraq qalıb. O aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Əraziyə hüquq-muhafizə orqanları cəlb olunub. Hazırda fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV