Pxenyan təmsilçisi: "Hər an müharibəyə başlaya bilərik"

"Biz dünyada nüvə silahının məhvi proqramını dəstəkləyirik, amma bu proqrama qoşulmaq niyyətimiz yoxdur". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Şimali Koreyanın BMT-dəki nümayəndəsinin müavini deyib.

O qeyd edib ki, əgər ABŞ Pxenyana zərbə endirilməsini qərarlaşdırsa, çox sərt şəkildə cəzalandırılacaq.

 

Diplomat həmçinin Koreya yarımadasındakı vəziyyətin kritik olduğunu bildirib, eləcə də istənilən vaxt nüvə müharibəsi başlanacağının anonsunu verib. 

 

Xatırladaq ki, Kim Çen In və Ağ Ev rəhbəri Donald Tramp dəfələrlə bir-birini təhqir və təhdid edib, BMT isə nüvə və ballistik raket sınaqları səbəbindən Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR