Göyçayda güclü külək: ağaclar aşdı, işıq kəsildi

Ötən gecə Göyçay rayonunda güclü küləklə müşayiət olunan leysan yağışı yağıb. APA TV-nin yerli bürosunun məlumatına görə, külək təsərrüfatın ayrı-ayrı sahələrinə, o cümlədən meyvə bağlarına ziyan vurub.

 

Küləyin təsiri nəticəsində iri gövdəli bir neçə ağac aşıb, elektrik naqilləri qırılıb. Göyçay şəhərində ağacın aşması nəticəsində yol bağlanıb. Rayon mərkəzində və kənd yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bir neçə saat ərzində dayanıb.

 

Ağaclarda yetişmiş nar, heyva, armud və xurma küləyin təsiri nəticəsində yerə tökülüb. Bağbanlar meyvə yığımına başladıqları zaman qəflətən başlayan güclü külək onlara xeyli maddi ziyan vurub.

 

Külək meyvələri ağaca çırparaq zədələyib. Hazırda rayonda külək əsməkdə davam edir. Yerli sakinlərin sözlərinə görə, bu il rayonda ixrac üçün saf nar və xurma az olacaq və ona görə də məhsulun qiyməti baha olacaq. Meyvələr əsasən daxili bazara çıxarılacaq və istehsal müəssisələrinə satılacaq. 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR