23-cü Azərbaycan Beynəlxalq İnşaat sərgisində 23 ölkə təmsil olunacaq
Oktyabrın 18-21-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisi işə başlayacaq.
APA TV-nin xəbərinə görə, bununla bağlı bu gün keçirilən mətbuat konfransında bildirilib ki, “WorldBuild Baku” sərgisi tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm tədbirdir.
Bu il sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edəcək. Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaqlar. Yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır.
Builki sərgidə "Gilan Holding"i "Gilan Sənaye Qrupu" təmsil edəcək. Sərgi "Gilan Sənaye Qrupu"na öz geniş portfelini nümayiş etdirmək üçün imkan yaradacaq, məhsullarının keyfiyyətini müştərilərinə bir daha xatırlatmaqda və yeni biznes əlaqələri qurmaqda kömək edəcək. "WorldBuild Baku 2017"də "Gilan Sənaye Qrupu"na aid tikinti materialları, o cümlədən seramik plitələr, sement və gips əsaslı quru qarışıqlar, sənaye panelləri, dam örtükləri, gips lövhələr, kərpic və beton nümunələri sərgilənəcək. Sərgi zamanı mütəxəssislər ziyarətçilərə məhsullar haqqında məlumat almaqda kömək edəcəklər. Sərgi ziyarətçiləri "Gilan Sənaye Qrupu"nun məhsulları ilə tanış olmaqla yanaşı, qrupun zavodlarındakı istehsal proseslərini monitorlardan izləyə biləcəklər.
Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev bildirib ki, sərgi dünyanın ən nüfuzlu biznes dairələrinin Azərbaycana diqqətini artırır: "Eyni zamanda artıq builki sərgidə Azərbaycan iştirakçıları sərginin ümumi iştirakçılarının təqribən 40 faizini təşkil edir. Bu, Azərbaycanın inşaat sektorunda fəaliyyət göstərən yerli iş adamlarının uğurunun, milli biznesin rəqabət qabiliyyətinin göstəricidir".
Qeyd edilib ki, bu il “WorldBuild Baku” sərgisi iştirakçılar ilə yerli distribütorlar arasında keçiriləcək “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənəcək. Sərginin təşkilatçıları “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkətidir.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV