Tramp-Yellen görüşü: FES RƏHBƏRİ POSTUNDAN GEDİR?
Oktyabrın 19-da ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar (FES) Sisteminin rəhbəri Canet Yellenlə görüşəcək.
APA TV-nin Ağ Evin saytına istinadən məlumatına görə, görüşdə məqsəd fevralda səlahiyyət müddəti bitəcək C.Yellenin bu postda qalıb-qalmayacağını müzakirə etməkdir.
D.Tramp hələ prezidentliyə namizəd olduğu dövrdə Canet Yellenin və rəhbəri olduğu qurumun fəaliyyətini sərt tənqid edirdi.
Qeyd edək ki, FES rəhbəri postuna namizədlər arasında idarə heyətinin üzvü Cerom Pauell, sabiq üzv Kevin Uorş, Stenford Universitetinin iqtisadçısı Con Teylor, Minnesoto Federal Bankının rəhbəri Nil Kaşkari və Milli İqtisadi Şuranın direktoru Herri Konun adları çəkilir.
OXŞAR XƏBƏRLƏR
19:12
408
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
563
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
587
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
469
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
692
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
655