İraqda baş verən hadisələr nefti bahalaşdırır
OPEK-in ikinci ən böyük neft hasilatçısı - İraqda baş verənlər neftin bahalaşmasına təkan verir. APA TV-nin məlumatına görə, ölkənin böyük neft yataqlarının yerləşdiyi Kərkükdəki döyüşlər gündəlik 275 min barel neft istehsal olunan iki təsisatda işin dayanması ilə nəticələnib.
Bu rəqəm kiçik görünsə də, "Brent" markasının 58 dollardan baha satılmasına səbəb olub. Bu markadan olan neft hazırda 58,08 dollardan təklif olunur.
WTI nefti də dəyər qazanıb. Dünən 51,86 dollardan satılan Qərbi Texas nefti hazırda 52,12 dollardan təklif olunur.
İraqda baş verən hadisələr, OPEK-in istehsala nəzarət olunması barədə razılaşmasının davam etməsi, ABŞ-da təbii fəlakət və yanğınlar qiymətlərin yüksəlməsinə təsir edən səbəblərdir. Qiymətlərin bir müddət yüksələcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV