Makkeyn Bağdadı hədələdi: "Kürdləri bizim silahlarla vurmayın"

Senator Con Makkeyn rəsmi Bağdadı kürd peşmərgələrə qarşı ABŞ istehsalı olan silahlardan istifadə etməməyə çağırıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə o, özünün saytında yazıb.

Makkeyn bunun yaxşı olmayan nəticələrə gətirib çıxaracağını iddia edib.

Onun açıqlamasında ABŞ-ın İraq ordusuna İŞİD-ə qarşı mübarizə üçün təlim keçdiyi deyilir.

"Bizim dəstəyimiz rəsmi Bağdada regional hökumətlərə qarşı - xüsusi ilə ABŞ-ın regiondakı müttəfiqinə istifadəyə haqq vermir. Biz İraq hökumətinə xarici təhdidlərdən qorunmaq və müdafiə üçün dəstək veririk" - deyə, Makkeyn qeyd edib.

İraq ordusunun peşmərgəyə qarşı son müdaxiləsini "böyük səhv" adlandırıb. 

Xatırladaq ki, oktyabrın 14-də Ərbil Kərkük ərazisinə 6 min peşmərgə yeritdikdən iki gün sonra İraq ordusu bölgəyə müdaxilə edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR