İraq ordusu kürd silahlılarını daha bir şəhərdən qovdu
İraqın şimalındakı mübahisəli ərazilərə yönələn əməliyyat çərçivəsində İraq ordusu və "Haşdi-Şabi" birlikləri Sincara girib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ordu, federal polis qüvvələri və "Haşdi-Şabi" güclərinin ümumilikdə 500-600 nəfərdən ibarət olduğu və şəhər mərkəzinə daxil olduğu bildirilir.
Bağdada bağlı qüvvələrin şəhərə girməsi ilə peşmərgə qüvvələri mövqelərindən geri çəkilib. Şəhər mərkəzində rəsmi qurumların binalarına İraq bayrağı asılıb.
Sincarın bəzi bölgələrində PKK terrorçularının olduğu qeyd olunur. Peşmərgələrin geri çəkilməsindən sonra İraq ordusunun Bai Hasan və Avana neft quyularına nəzarəti ələ keçirdiyi deyilir.
OXŞAR XƏBƏRLƏR
19:12
410
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
564
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
588
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
469
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
692
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
655