Saakaşvilini bu gün öldürəcəklər - İDDİA
"Odessanın sabiq qubernatoru Mixail Saakaşvilini oktyabrın 17-də öldürəcəklər".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu sensasion statusu ukraynalı jurnalist Ayder Mujdabayev özünün "Facebook" səhifəsində yazıb.
O bildirib ki, hazırda sabiq qubernator Rusiyanın kəşfiyyat orqanları tərəfindən aktiv şəkildə izlənir.
"Kəşfiyyatçılar onun işini bitirmək üçün Moskvadan gələcək əmri gözləyir. Əgər bu baş tutarsa, onlar günahı Ukrayna hakimiyyətinin, şəxsən prezident P. Poroşenkonun üzərinə atacaq" - deyə, jurnalist qeyd edib.
A. Mujdabayev vurğulayıb ki, mümkün sui-qəsdin qarşısını almaq üçün Ukrayna hakimiyyəti Mixail Saakaşvilinin mühafizəsini gücləndirməlidir.
Qeyd edək ki, jurnalist məlumatı əldə etdiyi mənbəni açıqlamayıb.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV