Xırdalanda Mədəniyyət Evinin işçisini döyüblər - RUSİYA VƏTƏNDAŞI PUTİNƏ MÜRACİƏT EDİB
Döyülərək dərəcəsi müəyyən edilməyən xəsarət alan Elçin Muradov iki ildən çoxdur hüquq-mühafizə orqanları ilə məhkəmə çəkişməsi aparır. Məqsədi isə işə ədalətlə baxılmanı tələb etməkdir.
APA TV-nin xəbərinə görə, haqq-ədalət yerini tapmayana qədər mübarizə aparacağını deyən Sadıqov bu yoldan geri çəkilməyəcəyini deyir.
Hadisə 3 yanvar 2015-ci ildə baş verib. Abşeron rayon Mədəniyyət Evində işləyən Muradovla Yeni il şənliyinə gələn bir qrup şəxs arasında mübahisə düşür. Nəticədə İsmayıl Sadıqov onu təpiklə vurub yerə yıxır. Digər şəxslər Abşeron polisi tərəfindən müəyyən edilmir, təkcə Sadıqovun əməlində İnzibati Xətalar Məcəlləsinin 38-1-ci maddəsinin tərkib əlamətləri olduğundan, barəsində tədbir görülməsi üçün qərar qəbul edilir. O, 500 manat miqdarında cərimə olunur və cinayət işinin başlanması dayandırılır: "2016-cı il avqust ayının 5-ə qədər müstəntiqin qərarını ləğv etmək istəməyiblər. Mənə Respublika Prokurorluğundan, DİN-dən bildiriblər ki, müstəntiqin qərarını ləğv etməyə heç bir əsas yoxdur. Mən Rusiya vətəndaşı olduğuma görə Vladimir Putinə bir dəfə yazılı müraciət etdikdən sonra müstəntiqin qərarını ləğv etmək istədikləri halda, Baş Prokurorluqda ləğv olundu".
Bundan sonra toplanmış materiallar yenidən araşdırılması üçün Abşeron RPİ-dən alınaraq Sumqayıt Şəhər Polis İdarəsinə verilir. Bir müddət sonra isə müstəntiq Elgün Hüseynov cinayət işinin rədd edilməsi barədə qərar qəbul edir: "Göstərir ki, cinayət işinin müddəti az olduğundan, tərəflərdən izahat alınmayıb, cinayət işi ləğv olunur".
Zərərçəkən hesab edir ki, istintaq müddətinin vaxtı azdırsa, müstəntiq müddətin artırılması üçün Sumqayıt şəhər Prokurorluğuna müraciət edə bilərdi. Deməli, məqsəd cinayət işini rədd etmək olub. Müstəntiqin qərarından Sumqayıt şəhər Məhkəməsinə müraciət edən Sadıqov bu prosesi xeyrinə həll edir: "Qanunsuz, haqsız, əsassız qərarından sonra Sumqayıt şəhər Məhkəməsinə müraciətimdən sonra müstəntiqin haqsız qərarı ləğv olundu. Avqustun 31-də müstəntiqin qərarı ləğv olunsa da, bu günə kimi istintaq aparılmır".
Müstəntiq Elgün Hüseynov isə APA TV-yə bildirib ki, Sumqayıt şəhər Məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə protest verilib: "Biz cinayət işinin başlanmasına lüzum görmədik. Məhkəmə isə hesab etdi ki, iş üzrə tərəflər istintaqa dəvət edilməli, onların izahatları alınmalı, üzləşmə keçirilməlidir, yalnız bundan sonra hadisələrə düzgün hüquqi qiymət verilə bilər".
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV