Terrorçular Kərkükdə iki kəndi ələ keçirdi - İŞİD PUSQUDAN ÇIXDI
İŞİD terror təşkilatı Kərkükün qərbində iki kəndi ələ keçirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, terrorçular İraq ordusunun Kərkük şəhərinə yönələn əməliyyatından istifadə edərək şəhər mərkəzindən 45 km qərbdə yerləşən kəndlərə hücum edib.
Əd-Dibs rayonuna bağlı Əl-Milh və Ət-Tuveyliğa kəndlərini ələ keçirib.
İŞİD terrorçularının bölgədə neft quyularının olduğu sahəyə doğru irəlilədiyi, kəndlərdən mülki əhalinin qonşu kəndlərə qaçdığı qeyd olunur. Mənbələr kəndləri ələ keçirən terrorçuların İraq ordusunun nəzarətini ələ keçirdiyi Havice rayonundan qaçan İŞİD üzvləri olduğunu deyir.
İraq ordusu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
OXŞAR XƏBƏRLƏR
19:12
422
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
574
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
598
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
471
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
694
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
658