Donald Tramp: ABŞ İraqdakı münaqişədə tərəf tutmayacaq
ABŞ prezidenti Donald Tramp ölkəsinin rəsmi Bağdadla İraqın kürd müxtariyyəti arasında yaranan münaqişədə tərəf tutmayacağını açıqlayıb. APA TV-nin məlumatına görə, bu barədə Tramp keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, münaqişənin mövcud olma faktı ABŞ-ın xoşuna gəlmir.
Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi bazar ertəsi Kərkük vilayətinə hökumət qoşunlarının yeridilməsi barədə əməliyyatın başlanılmasını elan edib. Kürd muxtariyyətinin hərbi birləşmələri şəhəri İŞİD terrorçularından aldıqdan sonra onu öz nəzarəti altında saxlayıb. Mübahisəli ərazi üstündə münaqişə kürd muxtariyyətinin müstəqilliklə bağlı referendum keçirməsindən sonra kəskinləşib.
OXŞAR XƏBƏRLƏR
19:12
422
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
574
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
598
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
471
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
694
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
658