Kərkük nəzarətə alındı: Kərkük qalasından türkmən bayrağı asıldı

İraq ordusu oktyabrın 16-sına keçən gecə başlatdığı əməliyyat nəticəsində Kərkük şəhərini nəzarətə alıb.

 

Şəhər İraq ordusu və Həşdi Şəbi milislərinin nəzarətinə keçdikdən sonra Kərkük qalasına türkmən bayrağı asılıb. Bu barədə qərarı ərəb, türkmən və kürdlər birgə veriblər. İraqın baş naziri Heydər əl İbadinin Kərkükə səfər edəcəyi gözlənilir.

 

Cəlal Tələbanini oğlu Befal Tələbaninin rəhbərlik etdiyi kürd silahlı dəstələri müqavimətsiz geri çəkiliblər. Məsud Bərzaniyə tabe olan silahlılar isə müqavimət göstərməyə çalışıblar, toqquşmalar baş verib.

 

Kərkükün 16 kilometrliyindəki neft quyuları da kürd silahlılarından alınıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR