Moskvada erməni biznesmen öldürüldü - GÜLLƏLƏNMƏ ANI

Moskvada erməni biznesmen öldürülüb. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, 38 yaşlı Georgi Aqapcanov şəhərin Novoslobodsk küçəsində güllələnib.

Hadisə anı təhlükəsizlik kamerasına düşüb.

Kadrlardan naməlum şəxsin avtomobilini park edən erməni iş adamına yaxınlaşdığı və tapançadan onun baş nahiyəsinə atəş açdığı görünür. Aqapcanova beş dəfə açılıb, güllələr onun sifətinə tuş gəlib.

Naməlum şəxsin peşəkar killer olması ehtimalı böyükdür. Qətli törətdikdən sonra o, hadisə yerindən uzaqlaşır.


 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR